Unibank debet kartlarını hər kəs üçün pulsuz etdi
Unibank 2 fevral- Gənclər günü münasibəti ilə debet kartları hər kəs üçün pulsuz edib.
Bankın yaydığı məlumatda bildirilir ki, Fevralın 2-dən 4-dək davam edən kampaniya çərçivəsində Unibank filiallarına müraciət edən hər kəs, pulsuz debet kart əldə edə biləcək. Sadəcə şəxsiyyət vəsiqənizlə sizə yaxın Unibank filialına müraciət etməyiniz kifayətdir.
Unibank kart sahibləri bu həftə həm də çox sərfəli alış-veriş edənlər siyahısında olacaqlar. Həftənin sonunadək (6 fevral daxil) istənilən Unibank kartı ilə "Trendyol" saytında edilən hər bir ödəniş məbləğinin 5% -i keşbek formasında kart sahibinə geri qayıdacaq.
İndi Unibank kartına sahib olmağın aşağıdakı üstünlükləri var:
-Bank filialında yerindəcə, dərhal və pulsuz kart almaq;
- 24/7 ATM-lər və ödəniş terminalları ilə mədaxil imkanı;
- Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;
- Kredit xəttində 40 günədək güzəşt müddəti;
- Apple Pay və NFC ilə təmassız ödəniş imkanı;
- Kartdakı vəsait qalığına illik 5%-dək bonus;
- Dünyanın bütün YDM və restoranlarında tam 5% keşbək
Unibank hazırda yüzminlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook, twitter və instagram səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 16 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 10 saat əvvəl
-
11 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
Ən çox oxunanlar
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjasında Yanvar çöküşü


























