“AzerGold” qızıl və gümüş planlarını artıq icra edib – 188 MİLYON MANATDAN ÇOX GƏLİR
“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsal proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atıb. Məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 61.5 min unsiya qızıl, 134.4 min unsiya gümüşə çatdırılıb.
Marja xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
İbrahimov qeyd edib ki, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb.
Cari ildə isə 61 min 74 unsiya qızıl, 122 min 147 unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.
Şirkətin sədri bildirib ki, ötən illərdə Cəmiyyət tərəfindən aparılmış əlavə tədqiqat, kəşfiyyat və mədənin optimizasiyası işləri nəticəsində Çovdar yatağının oksid mərhələsi üzrə satılabiləcək qızıl ehtiyatı 179 min unsiyadan 212 min unsiyayadək yüksəldilib. Çovdar yatağının oksid mərhələsi üzrə istismarı 2021-ci ilin aprel ayında tamamlanıb. Eyni zamanda, hesabat ilində Çovdar yatağının sulfid mərhələsi üzrə oksid filizlərin istismarı nəticəsində 28 min unsiya hasilat işləri həyata keçirilib. Xatırladım ki, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin ümumi hasilat göstəriciləri 256.5 min unsiya qızıl və 488 min unsiya gümüş təşkil edir.
Ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüşün beynəlxalq və yerli pərakəndə bazarlarda satışı nəticəsində 188.3 milyon manat məbləğində gəlir əldə edilib. 2021-ci ildə qızıl üzrə orta satış qiymətinin azalmasına baxmayaraq, 2020-ci illə müqayisədə qiymətlilərin ümumi satışı üzrə daxilolmaları 760 min manat və ya 0.4% artıb. Beləliklə, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin tərəfindən 285 min unsiya qızıl və 560 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 755 milyon manatdan çox vəsait cəlb edib.
2021-ci ildə dövlət büdcəsinə ümumilikdə 33 milyon manatdan artıq vəsait ödənilib ki, bunun da 29,7milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. 2020-ci ildə bu göstərici 12.8 milyon manat təşkil edib və 2021-ci ilin büdcə ödənişlərində 20.2 milyon manat, yəni 158% artım qeydə alınıb. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 73.8 milyon manat həcmində vəsait ödənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
23 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq






















