Azərbaycan və ABŞ hidrogen istehsalı imkanlarını müzakirə edib
Energetika naziri ABŞ-ın Azərbaycandakı səfirini qəbul edibEnergetika naziri Pərviz Şahbazov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.
Görüşdə enerji sahəsində ikitərəfli əlaqələr, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına və dəhlizin genişlənmə perspektivlərinə dair müzakirələr aparılıb.
Energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasının VIII iclasının məhsuldar keçdiyini və bu toplantının Cənub Qaz Dəhlizinin gələcək inkişafı üçün faydalı olduğunu bildirib.
Görüşdə ABŞsəfiri təbii qazın enerji keçidində mühüm rol oynayacağını, buna görə də təbii qaz layihələrinə investisiyaların təşviqinin vacib olduğunu qeyd edib. O, Azərbaycanın etibarlı enerji təchizatçısı olduğunu vurğulayıb.
Söhbət zamanı bərpa olunan enerji layihələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaşıl enerjinin ixracı və gələcəkdə hidrogen istehsalı imkanları, eləcə də beynəlxalq şirkətlər ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























