2021-ci ildə Rusiyanın pomidor idxalı 13% azalıb
2021-ci ildə Rusiyaya pomidor idxalı əvvəlki ilə nisbətən 13% azalaraq 424 min tona düşüb.
Marja xəbər verir ki, bu barədə Rusiya Meyvə-Tərəvəz Birliyinin məlumatında deyilir.
“2021-ci ilin yekunlarına görə, pomidor istehsalı 594 min ton təşkil edib, bu, 2020-ci illə müqayisədə 8,4% çoxdur. Eyni zamanda, 2021-ci ildə pomidorun idxalı 13% azalaraq 424 min tona düşüb. Beləliklə, pomidor idxalının yerli istehsal ilə əvəzlənməsi davam edir və ekspertlərin hesablamalarına görə, bu il pomidor idxalının payı azalmağa davam edəcək”, - deyə birliyin məlumatında deylir.
Təşkilat əlavə edib ki, əsasən istixanalarda yetişdirilən yerli pomidor Türkiyədən gətirilən pomidorlarla rəqabət aparır. Buna baxmayaraq, Türkiyə uzun müddətdir ki, Rusiyaya pomidor tədarükünə görə lider deyil: ötən ilin sonunda onun payı 18% təşkil edib.
“Bundan əlavə, son illərin praktikasından göründüyü kimi, hətta Türkiyənin kvotaları çox yavaş artırılır. Türkiyədən gətirilən pomidorlar istehlak keyfiyyətlərinə görə Rusiya bazarında getdikcə daha az tələb olunur: onların dadı və qoxusu yoxdur, üstü qalındır (uzunmüddətli daşınma üçün)", - birlik qeyd edib.
2016-cı ilin əvvəlindən 2017-ci ilin noyabrına qədər Türkiyə pomidorlarının Rusiyaya tədarükü qadağan edilib. 2018-ci ilin mart ayında Türkiyədən 50 min tona qədər pomidor idxalı üçün kvota tətbiq edilib. Sonra kvota tədricən artırılıb. Ötən ilin may ayında Türkiyədən pomidor idxalı üçün kvota 250 min tondan 300 min tona qədər artırılıb. Bundan əvvəl, fevralın 11-də Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən pomidor idxalı üçün kvotanı 300 min tondan 350 min tona çatdırmağı təklif edib.
Meyvə-Tərəvəz Birliyi belə qənaətə gəlib ki, Türkiyə üçün kvotaların artırılması istixana tərəvəzçilik bazarındakı vəziyyətə və yerli kənd təsərrüfatı istehsalçılarının mövqeyinə, eləcə də qiymət siyasətinə ciddi təsir göstərmir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)









.jpg)





