DOCUMOOD platformasının təqdimatı keçirildi - Müqavilələr onlayn imzalanacaq
Documood.az müqavilələrin onlayn imzalanması üçün nəzərdə tutulub.22 Fevral 2022-ci il tarixində Park Inn Hotel-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Startup Şəhadətnaməsi əldə etmiş “DOCUMOOD” platformasının təqdimatı keçirilib.
Platforma müqavilə və digər əqdlərin imzalanması zamanı kağız daşıyıcılardan istifadənin azaldılması və bu sahədə elektron həllərin tətbiq edilməsi məqsədi ilə yaradılmışdır.
Qısaca, Documood.az müqavilələrin onlayn imzalanması üçün nəzərdə tutulub. İstifadəçilər “Gücləndirilmiş elektron imza” ilə daxil olaraq müqavilələri heç yerə getmədən rahatlıqla imzalaya biləcəklər.
Layihənin əsas öncəliyi isə şirkətlərin məxfiliyinin qorunmasıdır. Azərbaycana yenilik gətirən Documood platforması sayəsində sahibkarlar, mühasiblər, hüquqşünaslar və digər aidiyyatı şəxslər kifayət qədər üstünlüklər əldə edirlər. Documood önümüzdəki aylarda durmadan öz funksionallıqlarını artırmağı və öz istifadəçilərinə daha çox fayda verməyi planlayır.
Təqdimat günündə bir çox önəmli şəxslər, sahibkarlar və dövlət orqanlarının nümayəndələri iştirak etdilər.
Layihənin təqdimatında “Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası"nın vitse prezidenti cənab Vüqar Zeynalov və “Documood” layihəsinin rəhbəri Səbuhi Kazımzadə çıxış etdilər. Çıxışlardan sonra iştirakçılar platforma barədə onları maraqlandıran suallara cavab aldılar.
www.documood.az saytına daxil olaraq platformanın imkanlarından yararlana bilərsiniz. Yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkələrdə /documood.az izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















