Azərbaycanın naziri “Qatar Energy” şirkətinin prezidentilə görüşdü
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri, “Qatar Energy” şirkətinin prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
Energetika Nazirliyindən Marja-ya verilən məlumata görə, görüşdə qlobal qaz bazarında inkişaf meylləri, iki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib.
Azərbaycanın ənənəvi və bərpa olunan enerji potensialı, qaz ixrac infrastrukturu və hədəfləri barədə məlumat verən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Qətər enerji əməkdaşlığının qurulması üçün münasib vaxtdır.
Nazir bu istiqamətdə “Nebras Power” ilə qaz-turbin, eləcə də külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlığa başlandığını qeyd edib. Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda zəngin külək enerji potensialı da enerji əməkdaşlığı üçün perspektiv istiqamət kimi diqqətə çatdırılıb.
Söhbət zamanı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün təmasların davam etdirilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















