Dollar/Rubl məzənnəsində 1,5 ilin rekordu!
Dollar və avro müvafiq olaraq 80 və 91 rubldan yuxarı ticarət olunur.Dollar/Rubl məzənnəsi 1,5 il sonra ilk dəfə 80 rubl səviyyəsini keçib.
Moskva birjasında valyuta ticarəti zamanı rubl dollar və avro qarşısında zəifləyir.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 16:49-a olan məlumata görə, dolların məzənnəsi 80,23 rubl (+1,81%) səviyyəsindədir, avronun məzənnəsi 91,01 rubla (+1,74%) yüksəlib.
Bakı vaxtı ilə saat 16:41-də dollar 80 rublu keçib.
Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri 0,04% artaraq 96,88 dollar/barel, WTI markalı neftin fyuçersləri 0,07% ucuzlaşaraq bir barel üçün 91,85 dollar təşkil edir.
Bu ərəfədə bütün ölkələr - Avropa İttifaqının üzvləri Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu ilə bağlı yekdil qərara gəliblər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrelin sözlərinə görə, yeni paket qondarma Donetsk və Luqansk Xalq Respublikalarının ("DXR" və "LPR") tanınmasına səs verən Dövlət Dumasının 351 deputatına qarşı sanksiyaları ehtiva edir. Bundan əlavə, Avropa İttifaqı 27 fiziki və hüquqi şəxsi, o cümlədən Rusiyanın Donbassdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatları "qara siyahıya" salıb. Həmçinin Avropa İttifaqı "LPR" və "DPR" ilə işgüzar əlaqələri qadağan edib və Rusiyanın maliyyə və kapital bazarlarına çıxışını məhdudlaşdırmaq qərarına gəlib.
Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyinin tanındığını elan edib. Onların rəhbərləri ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanıb. Putin Rusiya Xarici İşlər Nazirliyinə "DXR" və "LXR" ilə diplomatik əlaqələr qurmağı, Rusiya Müdafiə Nazirliyinə isə qondarma respublikaların ərazilərində sülhün qorunmasını təmin etməyi tapşırıb. Çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının fevralın 22-dən qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə diplomatik əlaqələr qurduğunu bildirib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























