Azərbaycanda fermerlər üçün uçot sistemi yaradılır
Azərbaycanda fermerlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən uçotların aparılması imkanı yaradılacaq.
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Azərbaycan Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələ artıq plana daxildir və onun üzərində müvafiq işlər aparılır.
"Hər bir fermer maliyyə dayanıqlığı göstərmək üçün bu sistem üzərindən uçotlarını apara biləcək ki, biz də öz növbəmizdə, müəyyən imtiyazlar vasitəsilə onları bu prosesə sövq etmək niyyətindəyik. Fermerlər elektron qaydada sistemə illik dövriyyələri, gəlirləri, xərcləri və s. məlumatları daxil edə biləcəklər ki, bu da onların kreditlərə çıxışlarını asanlaşdıracaq. Hazırda əksər fermerlərin hesabatlılığı yoxdur. Banklar da kreditləşmə zamanı girov tələb edir. Lakin uçot sisteminin tətbiqi ilə fermerlərin kreditlərə çıxışı etibarlıq əsasında formalaşacaq", - deyə P. İlyasov qeyd edib.
O həmçinin əlavə edib ki, uçotun aparılması müəyyən statistikaların, proqnozların əldə olunmasına imkan yaradacaq: "Gələcəkdə bu sistemlərin Dövlət Vergi Xidmətinin və digər qurumların sistemləri ilə inteqrasiyası, fermerlərin bu prosesdə yaxından iştirakına şərait yaradılacaq".
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









