S&P Rusiya və Ukraynanın reytinqini aşağı saldı
Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Rusiya və Ukraynanın kredit reytinqini aşağı salıb.
Marja xəbər verir ki, açıqlamada Rusiyanın xarici valyutada uzunmüddətli kredit reytinqinin “BBB-”dən “BB+”ya endirildiyi, yerli valyutada uzunmüddətli kredit reytinqinin isə “BBB”dən “BBB-”yə endirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkənin bank sisteminin böyük hissəsi də daxil olmaqla, güclü beynəlxalq sanksiyalara səbəb olub.
Sanksiyaların iqtisadi və xarici ticarət fəaliyyətlərinə, rezidentlərin inamına və maliyyə sabitliyinə əhəmiyyətli dərəcədə birbaşa və ikinci dərəcəli təsirlər göstərə biləcəyinə diqqət çəkilərək, geosiyasi gərginliyin özəl sektorun inamını aşağı salaraq iqtisadi artıma təzyiq göstərməsinin gözlənildiyi bildirilib.
Açıqlamda deyilir ki, geosiyasi münaqişənin təkamülü və mövcud məhdudiyyətlərin, eləcə də əlavə sanksiyaların son iqtisadi və maliyyə nəticələri ilə bağlı qeyri-müəyyənlik yüksəkdir.
Ukraynanın kredit reytinqi də aşağı salınıb
Digər tərəfdən, S&P, Ukraynanın uzunmüddətli xarici valyuta və yerli valyutada kredit reytinqinin "B"dən "B-"yə endirildiyini açıqlayıb.
Açıqlamada Rusiyanın Ukraynaya hərbi hücumunun Ukraynanın iqtisadi artımı, maliyyə sabitliyi, xarici mövqeyi və dövlət maliyyəsi üçün risk yaratdığı qeyd edilib.
Bundan əlavə, başqa bir kredit reytinq agentliyi olan "Fitch Ratings" Ukraynanın uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini “B”-dən “CCC”-yə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)





