Norveçin “Equinor” şirkəti də Rusiyanı tərk edir
Britaniyanın BP şirkətindən sonra Norveçin Equinor enerji şirkəti də Rusiyadakı birgə müəssisəsindən çıxmaq qərarına gəlib.Norveçdə yerləşən Equinor enerji şirkəti Rusiyadakı müştərək müəssisələrdən çıxmağa başlayacağını və ölkəyə yeni investisiyaları dayandıracağını açıqlayıb.
Marja Şirkətdən verilən açıqlamaya istinadən xəbər verir ki, “Equinor”un 30 ildən artıqdır Rusiyada fəaliyyət göstərdiyi və 2012-ci ildən Rusiyanın “Rosneft” neft şirkəti ilə əməkdaşlıq müqaviləsinin olduğu bildirilib.
Norveç, Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əsasən hərəkət edən şirkətinin Rusiyadakı müştərək müəssisələrindən çıxmağa və ölkəyə yeni investisiyaları dayandırmağa başlayacağını bildirib.
Açıqlamada, Equinor-un Rusiyada 1,2 milyard dollarlıq aktivlərə malik olduğu və ortaq müəssisələrdən çıxmaq qərarının aktivlərin dəyərdən düşməsinə səbəb olacağı qeyd edilib.
Equinor-un prezidenti Anders Opedal, Rusiyanın Ukraynaya hücumundan dərin narahat olduqlarını ifadə edərək, "Mövcud mövqeyimizin dayanıqsız olduğunu düşünürük. Rusiya iş dünyasındakı yeni sərmayələrimizi dayandırıb oradan çıxacağıq" deyib.
Rusiyanın Ukraynaya hücumundan sonra Equinor BP-dən sonra ölkədəki layihələrdən imtina edən ikinci şirkət oldu. BP Rusiyanın "Rosneft" şirkətindəki 19,75 faiz payını satacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






