Şəhid, qazi və imkansız ailələrin övladları üçün ödənişsiz ali məktəb hazırlığı - Qeydiyyat başlayıb
(®) Öz xeyriyyəçi vizyonu ilə fərqlənən “Fortis Academy” 2019-cu ilin sentyabrından etibarən Azərbaycanda analoqu olmayan bir təhsil xidməti göstərir: şəhid, qazi ailələri və sosial həssas qrupa aid olan ailələrin övladlarına tam ödənişsiz ali məktəb hazırlığı.
Belə ki, ölkəmizin aparıcı sənaye müəssisələrindən olan “Fortis Group”un təşəbbüsü və dəstəyi əsasında yaradılmış “Fortis Academy” tam xeyriyyə məqsədli bir layihədir. Başqa sözlə desək, bu layihə “Fortis Group”un Korporativ Sosial Məsuliyyətinin nəticəsidir.
“Fortis Academy” 3-cü ildir fəaliyyət göstərməsinə baxmayaraq əldə etdiyi yüksək nəticələr sayəsində onun fəaliyyəti ilə tanış olan hər kəsin təqdirini qazanmışdır. Belə ki, “Fortis Academy” hələ ilk ilində 70%, 2020-2021-ci tədris ilində isə 100%-lik nəticə göstərərək böyük uğura imza atmışdır.
Burada şagirdlər tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar. Hal-hazırda 20-dən çox müəllimin dəstəyilə 170 şagird “Fortis Academy”də onlar üçün yaradılmış əlverişli şəraitdən yararlanır. Növbəti ildə isə, 225 şagidə bu cür şəraitin yarardılması nəzərdə tutulub.
Onlar burda həm ali məktəbə daxil olmaq üçün lazım olan biliklərə yiyələnir, həm də, gələcək üçün dünyagörüşlü bir vətəndaş kimi formalaşırlar. Belə ki, onların Azərbaycanımızın mədəni irsi ilə də tanış olmasına, hərtərəfli bir vətəndaş kimi yetişməsinə dəstək olmaq məqsədilə muzeylərə, müxtəlif elm və mədəniyyət mərkəzlərinə müntəzəm ekskursiyalar təşkil olunur.
Təhsil ocağında mütəmadi olaraq bilik yarışları, viktorinalar, mədəniyyət və ədəbiyyatımızın sevilən simaları ilə görüşlər keçirilir.
“Fortis Academy”də şagirdlərin ali məktəb hazırlığı həm də, yüksək tələbkarlıqla müşayiət olunur. Belə ki, gündəlik davamiyyətin yoxlanılması və bu barədə valideynlərin məlumatlandırılması, ev tapşırıqlarının mütəmadi yoxlanılması, həftəlik dərslərdə fəallığın qiymətləndirilməsi, müxtəlif mükafatlandırmalar və valideyn iclaslarının keçirilməsi şagirdlərin yüksək hazırlığını təmin etməyə imkan verir.
Şagirdlərə psixoloji konsultasiyaların göstərilməsi, ixtisas seçimində məsləhətlərin verilməsi və onların DİM ölçmə-qiymətləndirmə meyarlarına uyğun tematik planla təmin olunması qəbul imtahanları ərəfəsində şagirdlərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsinə şərait yaradır.
Bu il məzun olacaq 11-cilər keçənilki rekordu təzələmək üçün onlara yaradılmış şəraitdən maksimum faydalanır və cidd-cəhdlə çalışırlar. Qeyd edək ki, onların yerini tutmaq və “Fortis Academy”də təhsil almaq istəyənlər üçün onlayn qeydiyyat artıq başlayıb.
“Fortis Academy” övladlarının ali məktəblərdə təhsil almasını istəyən, lakin onların hazırlığını təmin etmək üçün maddi imkanı olmayan ailələrin hər zaman yanındadır. Əgər övladınızın potensialını görür və abituriyent hazırlığında ona kömək göstərilməsini arzulayırsınızsa, qeydiyyatdan keçin.
http://fortisgroup.az/fortisacademyregister
“Fortis Academy”nin əməkdaşları tez bir zamanda sizinlə əlaqə saxlayacaq və qəbul imtahanları haqqında sizə dolğun məlumat verəcəklər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)


.jpg)









