“Masdar” şirkəti Azərbaycanda damüstü günəş elektrik sistemlərini araşdıracaq - SƏNƏD İMZALANDI
“Masdar” şirkəti ilə “yaşıl eneji” sahəsində əməkdaşlıq imkanları genişləndirilirMartın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.
Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar. Memorandum Azərbaycanda bərpa olunan enerjinin tətbiqini dəstəkləmək, eyni zamanda dənizdə külək enerjisindən istifadə, bu enerji hesabına “yaşıl hidrogen” istehsalı, karbon tutulması, istifadəsi və saxlanması, həmçinin digər tədbirləri əhatə edən interqrasiya olunmuş həllərə dair potensial əməkdaşlıq imkanlarını ehtiva edir.
Nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi imzalayıblar. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını Nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.
Hər iki memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitənin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində, həmçinin “Masdar” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında bərk məişət tullantılarından enerji istehsalı, “Azərbaycan Dəmir Yolları” QSC arasında isə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumları imzalanıb.
Xatırladaq ki, investisiya dəyəri 225 milyon ABŞ dollarından çox olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
11 d. əvvəl
Samir Məmmədov “Birmarket”-in Baş İcraçı direktoru (CEO) təyin edilib
- 38 d. əvvəl
-
1 saat əvvəl
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
-
1 saat əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
















