Putindən “Qazprom”a tapşırıq
Putin “Qazprom”a qazın rub ilə satışı üzrə tədbirlər barədə məlumat verməyi tapşırıb. Tənzimləyici, hökumət və “Qazprom” hər ay dövlət başçısına hesabat verəcək. Putin martın 23-də dost olmayan ölkələr üçün qazın ödənişini rubl ilə qəbul etmək barədə göstəriş verib.Rusiya Hökuməti, Mərkəzi Bank və “Qazprom” Rusiya prezidenti Vladimir Putinə martın 31-dək “dost olmayan” dövlətlərə qaz nəqli üçün ödəniş valyutasının dəyişdirilməsi ilə bağlı hesabat təqdim etməlidir.
Marja xəbər verir ki, bu barədə Vladimir Putinin imzaladığı sərəncamda bildirilir.
“Rusiya Federasiyası Hökuməti Rusiya Bankı və “Qazprom” ictimai səhmdar cəmiyyəti ilə birlikdə Avropa İttifaqı ölkələrinə və digər ölkələrə təbii qaz tədarükü üçün ödəniş valyutasının dəyişdirilməsi üçün bir sıra tədbirlər həyata keçirməlidir”, - sənəddə deyilir.
Sərəncamın icrası üçün son tarix kimi martın 31-i göstərilib. Həmçinin bundan sonra hökumət, Mərkəzi Bank və "Qazprom" hər ay prezidentə hesabat verməli olacaq. Sərəncamın icrasına cavabdeh Rusiyanın baş naziri Mixail Mişustin, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və “Qazprom”un baş direktoru Aleksey Miller təyin edilib.
Martın 23-də Putin qeyri-dost ölkələr siyahısına daxil olan ölkələr üçün qaz ödənişlərinin rubl ilə qəbul edilməsi barədə göstəriş verib. İndiyədək Rusiya qaza görə ödənişləri dollar və avro ilə qəbul edib.
Eyni zamanda, prezident dəyişikliklərin yalnız ödəniş valyutasına təsir edəcəyini və qazın nəqli prosesinin özünə təsir etməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya bu ölkələrə təbii qazı əvvəllər bağlanmış müqavilələrdə qeyd olunan həcm və qiymət prinsiplərinə uyğun olaraq tədarük edəcək.
Prezident hökumətdən “Qazprom”a mövcud müqavilələrə dəyişiklik etmək barədə göstəriş verməyi xahiş edib. Qazın rublla ödənilməsi qaydasını Mərkəzi Bank müəyyən etməli idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
9 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)






