"Azercell" şirkəti vakansiyalar üzrə sosial şəbəkə səhifələrini istifadəyə verdi - “Azercell Life”
Yeni vakansiyalar, mütəxəssislərin məsləhətləri, təlimlər və hədiyyəli müsabiqələr haqda xəbərləri bu səhifədə izləmək mümkündür(®) Yeni strategiyası çərçivəsində öz qarşısına “Azərbaycanın ən arzu olunan iş yeri olmaq” məqsədini qoyan Azercell şirkəti “Azercell Life” sosial şəbəkə hesabını təqdim edir.
Xüsusilə iş adamlarının və gənc nəslin nümayəndələrinin marağını cəlb edən bu səhifələrdə Azercell-in gündəlik fəaliyyəti ilə daha yaxından tanış olmaq, şirkətdə keçirilən tədbirlər və mövcud vakansiyalar haqqında məlumat əldə etmək mümkündür.
Belə ki, 10.000-dən çox izləyicisi olan “Azercell Life” Facebook və Instagram hesablarında şirkətin İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri tərəfindən tələbələr, ümumiyyətlə iş axtarışında olan namizədlər üçün lazımi məlumatlar yerləşdirilir. Burada iş müsahibələrinə hazırlıq, tərcümeyi-halın tərtibatına dair bilgilər və bu kimi digər faydalı məlumatlar əldə etmək mümkündür.
Azercell-in fəaliyyətinə dair dolğun məlumatlarla zəngin olan bu səhifələrdə eyni zamanda, şirkətin öz əməkdaşları üçün keçirdiyi tədbirlər, treninqlər və gənclər üçün nəzərdə tutulan xüsusi proqramlarla tanış olmaq mümkündür. Bu, gənc mütəxəssislərin lider mobil operatorun fəaliyyətini izləməklə onun təcrübəsindən faydalanması üçün əvəzolunmaz fürsət yaradır.
“Azercell Life” sosial şəbəkə hesablarında Azercell Akademiyasının fəaliyyəti və iş prinsipləri, tədris edilən təlim proqramları da işıqlandırılır. Xatırladaq ki, 2003-cü ildən fəaliyyət göstərən Akademiya Azərbaycanda müxtəlif sektor təmsilçiləri üçün korporativ təlim və konsaltinq xidmətlərini təklif edir. Bu günədək Azercell Akademiyası tərəfindən həm dövlət, həm də özəl qurumların təmsilçiləri üçün yüzlərlə təlim sessiyaları təşkil edilib.
Azercell əməkdaşları tərəfindən idarə edilən “Azercell Life” sosial şəbəkə hesablarında izləyicilərin diqqətini cəlb edən məsələlərə dair suallar operativ şəkildə cavablandırılır. Qeyd edək ki, yaxın zamanda “Azercell Life” səhifələrində izləyicilər üçün maraqlı və əyləncəli müsabiqələrə də start veriləcək.
Odur ki, Azercell-də baş verən yeniliklərdən xəbərdar olmaq və dəyərli hədiyyələr qazanmaq üçün “Azercell Life” Instagram və Facebook sosial şəbəkə hesablarını izləyin!
Instagram: https://www.instagram.com/azercell_life/
Facebook: https://www.facebook.com/AzercellLife
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





