SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu
Müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən, müraciəti üzrə ayrılan kredit vəsaiti birbaşa onun istifadəsində olan əməkhaqqı kartına köçürüləcək.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı bulud əsaslı yeni nəsil rəqəmsal imza – SİMA-nın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. “PAŞA Bank”ın sisteminə isə inteqrasiya işləri artıq yekunlaşıb və bununla da bank SİMA üzrə ilk tərəfdaş olub.
Marja xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, tərəfdaşlığa əsasən, “PAŞA Bank”ın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını bankın yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri də yeni nəsil rəqəmsal imza – SİMA vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər. Beləliklə, müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən, müraciəti üzrə ayrılan kredit vəsaiti birbaşa onun istifadəsində olan əməkhaqqı kartına köçürüləcək.
SİMA vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq.
Yeni imza vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.
Qeyd edək ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstün cəhətləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA – rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
4 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
23 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























