Azərbaycanda qida sənayesi üçün kompozit məhsullar istehsal olunacaq - YENİ REZİDENT
Aprelin 12-də AMEA-nın Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.
“Zoom” platforması üzərindən keçirilən iclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələni diqqətə çatdırıb. O, tədbirin “AK PACK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi “Yüksək texnologiyanın tətbiqi ilə polipropilen tərkibli kompozit məhsulların istehsalı və çapı” layihəsinin müzakirəsinə həsr olunduğunu bildirib.
Daha sonra “AK PACK” MMC-nin nümayəndəsi İsmayıl Kərimov çıxış edərək müəssisənin Texnoparka rezidentlik üçün təqdim etdiyi layihə və “AK PACK” MMC-nin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə qida sənayesində istifadə olunacaq polipropilen tərkibli kompozit məhsulların istehsal sahəsinin təşkil olunmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, layihənin məqsədi ekoloji cəhətdən təmiz, qida məhsulları istehsalında (süd məhsulları, dondurma, çərəz və s.) istifadə edilən polipropilen tərkibli keyfiyyətli kompozit məhsulların istehsalını qurmaqdan və satışını həyata keçirməkdən ibarətdir.
“Valyuta ehtiyatlarının təmin edilməsi baxımından yeni texnologiyalarla təchiz edilmiş, respublikada anoloqu olmayan sənaye sahələrinin inkişaf etdirilməsi zəruridir”, - deyən İsmayıl Kərimov YT Parkda icrası nəzərdə tutulan layihənin polipropilen tərkibli kompozit məhsulların istehsalı sahəsinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsində, eyni zamanda ixracyönümlü məhsul istehsalı və respublikadan valyuta axınının qarşısının qismən alınmasında yardımçı olacağını diqqətə çatdırıb. O, həmçinin istehsal zamanı tətbiq olunan müasir tələblərə cavab verən avadanlıqlar, çap makinaları barədə də ətraflı məlumat verib.
Məruzəçi bildirib ki, bu layihənin gerçəkləşdirilməsi üçün yerli mütəxəssislərlə yanaşı, bu sahədə Avropa ölkələrində, xüsusən də Türkiyədə ixtisaslaşmış şirkətlərin təcrübəsi əsasında iş fəaliyyətinin qurulması nəzərdə tutulur. Məhsulun xarici bazarlarda da satışa çıxarılmasının planlaşdırıldığını deyən müəssisənin nümayəndəsi gələcəkdə istifadə olunacaq xammalın təkrar emalı xüsusiyyəti sayəsində itkiyə yol verilməyəcəyini vurğulayıb. İsmayıl Kərimov bu istiqamətdə AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq əlaqələrinin qurulacağını da diqqətə çatdırıb.
Daha sonra “AK PACK” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
12 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
13 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)













.jpg)




