Dövlət Gömrük Komitəsi 30% artıma nail olub
Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 231 milyon 941,1 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% çoxdur.
DGK-nın dərc etdiyi göstəricilərə görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16% artaraq 302 milyon 536,6 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 39,4% artaraq 888 milyon 079,3 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk üç ayında daxilolmalar 18,2% azalaraq 29 milyon 190,2 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 12 milyon 134,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 18,7% çoxdur.
Bu ilin mart ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 411 milyon 103,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 17,4% çox, bu ilin fevral ayı ilə müqayisədə isə 1,4% azdır.
Bu ilin mart ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,8% artaraq 106 milyon 824,0 min manat olub. Bu ilin fevral ayı ilə müqayisədə isə bu göstərici 5,2% artıb.
Həmçinin, cari ilin mart ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 26,7% artaraq 289 milyon 271,6 min manat (bu ilin fevral ayı ilə müqayisədə 3,9% az), aksizlər üzrə 27,2% azalaraq 11 milyon 259,9 min manat (fevral ilə müqayisədə 18% çox), yol vergisi üzrə daxilolmalar isə 15,8% azalaraq 3 milyon 748,0 min manat (fevral ilə müqayisədə 20,8% az) təşkil edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)
