BMW elektromobillərin istehsalına keçid zamanı iş yerlərini ixtisar etmək niyyətində deyil
BMW şirkətinin baş direktoru Oliver Zipse bildirib ki, şirkət bütün dünya üzrə işçilərinə akkumulyatorla işləyən modellərlə işləmək üçün təlim keçəcək.
Almaniyanın avtomobil nəhəngi BMW şirkəti daxili yanma mühərrikli avtomobillərin istehsalından imtina edib elektromobil istehsalına keçərsə, iş yerlərini ixtisar etmək niyyətində deyil.
Marja xəbər verir ki, bu barədə bazar günü şirkətin rəhbəri Oliver Zipse-yə istinadən "Financial Times" qəzeti yazıb.
"Biz istehsalın transformasiyası kontekstində iş yerlərini itirməyəcəyik" - Zipse deyib. “Bəlkə də artıq bu onillikdə Münhendəki zavodumuzda tam elektriklə işləyən avtomobillər istehsal olunacaq və heç kim işini itirməyəcək”, o əlavə edib.
Onun şərhləri Avropanın avtomobil sənayesi, eləcə də aparıcı iqtisadçıların daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə ləğv etmək planlarının kütləvi işsizliyə səbəb olacağı barədə xəbərdarlıq etmələrindən sonra gəlib.
Eyni zamanda, Zipse vurğulayıb ki, BMW bütün dünyada öz işçiləri üçün akkumulyatorla işləyən modellərlə işləmək üçün təlimlər təşkil edir. o, "Yüksək ixtisaslı işçi qüvvəsi demək olar ki, istənilən texnologiyaya uyğunlaşa bilir", - deyib.
"Biz heyətimizi saxlamaq istəyirik, çünki biz onların səriştəsinə arxalanırıq", - BMW-nin rəhbəri bildirib.
Almaniyanın avtomobil nəhəngi daha əvvəl 2025-ci ilə qədər 2 milyon tam elektrikli avtomobil satmağı planlaşdırdığını bildirmişdi. 2030-cu ilə qədər bu rəqəm 10 milyona yaxın olmalıdır. Eyni zamanda, BMW-nin qeyd etdiyi kimi, istehlakçılar arasında elektromobillərə tələbatın genişlənməsinə əsas maneələrdən biri enerji doldurma infrastrukturunun olmamasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
8 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
