Palatanın bir qrup banka verdiyi vaxt başa çatır
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində (31 Mayadək) maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər.
İyunun əvvəlində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilmişdir.
Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd etmişlər.
Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunmuşdu.
"MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq",- Palatanın yaydığı məlumatda qeyd edilmişdi.
"Marja"nın məlumatına görə, bankların vaxtı azalır. Bu gün İyunun 14-dür. Sabah Milli Qurtuluş Günü ilə əlaqədar qeyri-iş günü olduğundan banklar bu gün axşamadək audit hesabatlarının dərc olunmasını təmin etməlidirlər. Banklar qısa müddətdə illik hesabatı öz saytlarında yerləşdirə bilərlər. Hesabatların qəzetlərdə dərci bir neçə gün tələb edə bilər.
Qeyd edək ki, 13 bank texniki səbəblərə, auditorlarla olan fikir ayrılığına və bankların auditinə dair tələblərin ciddiləşdirməsinə görə illik hesabatını vaxtında dərc edə bilməmişdir. Palatanın xəbərdarlığından sonra həmin 13 bankdan yalnız Bank VTB Azərbaycan illik hesabatını rəsmi İnternet səhifəsində yerləşdirib.
Hələ də Bank BTB, AGBank, Azərbaycan Beynəlxalq Bankı, AmrahBank, AtaBank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, NBC Bank, Nikoil Bank, Bank Respublika, TuranBank illik audit hesabatını dərc etməyiblər. Düzdür bu banklar rüblük hesabatlarını saytlarında yerləşdiriblər və həmin hesabatlardan bankların ötən ili necə başa vurduqların öyrənmək mümkündür. Audit hesabatı isə yekun hesabatdır və hesabatın şərh bölməsində digər ətraflı məlumatlar öz əksini tapır.
Qeyd edək ki, digər bir problem bir sıra bankların audit hesabatının saytlarında ingilis dilində yerləşdirmələridir. Banklar bunu audit şirkətlərinin hesabatı ingilis dilində təqdim etmələri ilə əlaqələndirirlər. İllik hesbatın xarici dildə təqdim edilməsi bir çox insanın hesabat ilə tanış olmasını məhdudlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 54 d. sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)



