“AzInTelecom” Müştəri Xidmətlərinin “SİMA Token”lə bağlı imkanlarını genişləndirdi
Rəqəmsal transformasiya ilə bağlı elektron imzalara artan tələbatın ödənilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri təkmilləşdirilib. Mərkəzi “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətlərində xidmət operatorlarının sayı artırılıb və texniki imkanlar gücləndirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, vətəndaş məmnunluğunun artırılması üçün həyata keçirilən təkmilləşdirmə işləri sayəsində “SİMA Token”in verilməsi prosesinin sürətləndirilməsi, eləcə də daha operativ və keyfiyyətli xidmət göstərilməsi mümkün olacaq. Həmçinin bundan sonra Müştəri Xidmətlərində vətəndaş, sahibkar və hüquqi şəxslərlə yanaşı, dövlət qurumlarına da xidmət göstəriləcək.
Bildirilib ki, “SİMA Token” “AzInTelecom” MMC-nin “Elektron imza”nın bazasında yeni yaratdığı “SİMA” rəqəmsal imza platformasına daxildir. İndiyədək “Elektron imza” adı altında təqdim olunan imza sertifikatının funksionallığı dəyişməyib. “SİMA Token”ə “Elektron imza” ilə bağlı şərtlər və qaydalar çərçivəsində sahib olmaq olar.
İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan “SİMA Token”i vətəndaşlar, hüquqi şəxslər, eləcə də sahibkarlar və dövlət qurumları əldə edə bilərlər. 3 iş günü ərzində hazır olan imza sertifikatının alınması zamanı vaxt itkisinin aradan qaldırılması məqsədilə onlayn müraciət imkanı da mövcuddur. Belə ki, lazım olan sənədlərlətoken.sima.az saytı vasitəsilə müraciət etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşmaq lazımdır.
Bundan əlavə, imza sertifikatının itirilməsi, oğurlanılması, texniki zədələnməsi və bu kimi digər hallarda da qeyd edilən ünvanlara müraciət olunmalıdır.
Məlumat üçün bildirək ki, “AzInTelecom” Müştəri Xidmətləri Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 72 ünvanındakı 1 saylı “Şəbəkə” ofisində yerləşir. Müştəri Xidmətləri həftə içi hər gün, eləcə də bayram günləri saat 09:00-dan 18:00-a kimi işləyir.
Qeyd edək ki, “SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu















.jpg)



