Əhalinin əmanətlərində yeni rekord
Azərbaycanda banklarda fiziki şəxslərin (əhalinin) depozitləri (əmanətləri) ilk dəfə 10 milyard manatı keçərək 01 Aprel 2022-ci il tarixində 10 milyard 200,8 milyon manata çatıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, mart ayında fiziki şəxslərin depozitləri 331,1 milyon manat artıb.
Mart ayında müddətli depozitlər 75 milyon manat artaraq 5 milyard 501,6 milyon manata, tələbli depozitlər isə 256,2 milyon manat artaraq 4 milyard 699,2 milyon manata çatıb.
Mart ayında sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 4,4 milyon manat artaraq 171.,3 milyon manata yüksəlib.
Qeyd edək ki, fevral ayında fərdi sahibkarların əmanətləri daxil fizki şəxslərin əmanətlərinin məbləği ilk dəfə 10 milyard manat səviyyəsini aşaraq Martın 1-də 10 milyard 36,7 milyon manat təşkil etmişdi. Aprelin 1-də isə fərdi sahibkarların əmanətləri daxil fizki şəxslərin əmanətləri 10 milyard 372 milyon manata çatıb. Bu, yeni rekorddur.
Əhalinin əmanətləri, milyon manat ilə.
01.04.2022 10372.0
01.03.2022 10036.7
01.02.2022 9635.8
01.01.2022 9241.5
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























