Bu istiqraz investorlara bir ildə 8,5% qazanc gətirəcək - MÜSAHİBƏ

Müsahibimiz “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir Babazadədir .
-“ABB-İnvest”in anderraytinq xidməti çərçivəsində növbəti layihəsi kimi “Bank Respublika”nın istiqraz emissiyası” haqqında məlumat verməyinizi istəyərdik…
-Bildiyiniz kimi, elan olunan emissiya “Bank Respublika”nın sayca üçüncü emissiyasıdır. Bir xoş məqam ondan ibarətdir ki, “ABB-İnvest” tərəfindən təşkil olunacaq emissiya Bankın 30 illiyinə təsadüf edir. Bu müddət ərzində müştərilərinin etimadını qazanmış Bank tərəfindən korporativ və pərakəndə investorlara 8.5% gəlirlilik ilə 15 milyon manatlıq 2 illik istiqrazlar təklif olunacaq.
-Bu, sayca 3-cü istiqraz emissiyasıdır. Bu emissiyanı əvvəlkilərdən fərqləndirən hansısa cəhətlər varmı?
-Bu istiqrazlara ona görə xüsusi bir özəllik qatmaq istədik ki, təklifimiz nəinki öncəki istiqrazlardan, hətta digər korporativ istiqrazlardan fərqlənərək investorlara daha da cəlbedici olsun. Belə ki, bu istiqrazların müddəti iki il olsa da, hər bir investorun əldə etdiyi istiqrazları bir il sonra təkrar bazarda bu qiymətli kağızlara tələbatdan asılı olmayaraq, satmaq imkanı olacaq. İstiqraz sahibləri hərracdan aldıqları kağızları geri satış imkanı əldə edəcəklər.Bu zaman investorlar əldə etdikləri qiymətli kağızları öncədən razılaşdırılmış tarixdə, müəyyən edilmiş həcm və gəlirliklə “ABB-İnvest”ə geri sata biləcəklər, bununla da investisiya müddəti 2 ildən 1 ilə endirilmiş olacaq. İnvestorlar gələcəkdə yarana biləcək likvidlik ehtiyaclarının qarşısının alınması istiqamətində mühüm alət əldə edəcəklər. Əslində, investor üçün bu cür imkanlar yaratmaqda məqsədimiz kapital bazarlarını inkişaf etdirməkdir. Kapital bazarları ümumi iqtisadiyyatın çox vacib hissəsidir və bazarın daim aktiv qalması üçün tələb və təklifin də daim yüksək olması mütləqdir.
Azərbaycanda kapital bazarları öz inkişaf dövrünü yaşayır. Qiymətli kağız emissiyalarının sayı ildən-ilə artır. Buna baxmayaraq, potensial və perspektiv baxımından görüləcək işlər hələ çoxdur. Bizə kapital bazarını inkişaf etdirmək üçün investorlar lazımdır. Onlar olmasa, heç bir inkişafdan söz gedə bilməz. Bu baxımdan biz investorların maksimal dərəcədə stimullaşdırılması, həvəsləndirilməsi və onların maksimum gəlir və rahatlıq əldə etməsi üçün əlimizdən gələni edirik. Sözügedən istiqrazların geri satış imkanı da bu istiqamətdə apardığımız işlərdən biridir. 28 aprel tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək hərracda iştirak etmək istəyən hər kəs bizə müraciət edə bilər.
-Haqqında danışdığımız emissiyadan gözləntiləriniz nədir?
-Azərbaycanın kapital bazarının mühüm iştirakçılarından biri olduğumuz üçün bütün komanda üzvlərimiz bu bazarın inkişafı yolunda məsuliyyətlərini anlayır və bu istiqamətdə maksimum töhfələrini verməyə hazırdılar. Bu emissiyanın baş tutması və uğurlu olması əsas hədəflərimizdən biridir. Düşünürəm ki, kifayət qədər uğurlu bir emissiya olacaq. “Bank Respublika”nın simasında, bankları, sığorta şirkətlərini və öz biznes fəaliyyətlərini genişləndirmək, inkişaf etdirmək istəyən şirkətləri təklif etdiyimiz anderraytinq xidmətindən istifadə etməyə çağırırıq. Emissiya bir neçə mərhələli prosesdir və “ABB-İnvest” komandası olaraq bu layihənin hər bir mərhələsində emitentlərin yanında olub öz peşəkar dəstəyimizi verməyə hər zaman hazırıq.
- Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
1 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 3 saat əvvəl
-
3 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
