Bank Respublika-nın istiqrazlarına 10 investor 12 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
28 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2005002889 dövlət qeydiyyat nömrəli, 15 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan Marja-ya daxil olmuş məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 999.00 AZN (8.5554%) və 1002.00 AZN (8.3892%) manat olan 12 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1000.00 AZN (8.5%) manat, orta ölçülmüş qiyməti 1000.0002 AZN (8.4999%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15 milyon 2 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 8.5% , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 28.04.2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 12 d. əvvəl
- 24 d. əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb




















