Daha bir şəhid ailəsi və kredit qalmaqalı
“Para” Bank Olmayan Kredit Təşkilatı kredit borcuna görə aprel şəhidimizin ailəsinin evini əlindən almaq istəyir.
Bu barədə şəhidin qardaşı Xəlil Qasımov məlumat verib. Onun sözlərinə görə, bank məhkəməyə verdiyi iddia ərizəsində şəhid qardaşını da cavabdeh kimi göstərib.
X.Qasımov bildirir ki, dəfələrlə kredit təşkilatından kredit götürüb və vaxtlı-vaxtında ödəniş edib. Sonuncu dəfə isə 2014-cü ildə qurumdan 80 min manat kredit götürüb. Sonradan 7-8 min dollar dəyərində qızılı banka qoyub və bunun müqabilində ona 21 min manat kredit ayrılıb.
Xəlil Qasımov bu pulu almadığını, kredit üçün etdiyi ilk ödənişlərin də almadığı bu borca çıxıldığını və məsələ ilə bağlı şikayət ərizəsi yazdığını deyir: “Maddi vəziyyətimin pisləşməsi səbəbindən borcu ödəməkdə çətinlik çəkdiyim üçün 2 ay ərzində banka dəfələrlə müraciət etdim. Bir müddət sonra banka çağırıldım, mənə yeni müqavilə imzalatdılar və vaxtı uzatdılar. Həmin vaxt 48 min manat borc qalmışdı”.
Şikayətçinin sözlərinə görə, “Para“” BOKT-un “Azadlıq” filialının müdiri Elnur Novruzov müqavilənin müddətinin uzadılması qarşılığında ondan 2500 manat pul alıb: “2500 manata görə heç bir qəbz verilmədi və kreditimdə də azalma olmadı. Ona görə düşünürəm ki, o pulu rüşvət olaraq məndən alıblar. Sonradan ödəniş edəndə mənə bankdan zəng edib bildirdilər ki, borcu dollarla ödəməliyəm. Demə, müddət uzadılanda kredit manatdan dollara çevrilib və mən də oxumadan imzalamışam. Uzadılan müqavilədə dollarla göstərilən borcun həcmi də faizlə birgə 69 min dollara çatıb”.
2015-ci ildə, devalvasiya ərəfəsinə düşən bu prosesdən sonra 2 ildir ödəniş edə bilmədiyini və 1 il öncə borcun müddətinin yenidən uzadıldığını, bu zaman borcunun 76 min dollara qalxdığını deyən Qasımov BOKT-nin məhkəmə müraciətinə də toxunub: “Məhkəmədən iddia ərizəsinin surətini alarkən şəhid qardaşım Əzizzadə Xalid Həsən oğlunun adının da cavabdehlər sırasında yazıldığını gördük. Mənim qardaşım heç vaxt o bankda olmayıb və zəmanətçi kimi də imza atmayıb. Onun cavabdehlər sırasında göstərilməsi bu qurumun öz müştərisinə və dəyərlərimizə hörmətsizliyinin göstəricisi sayılmalıdır”.
Qardaşının şəhid olana qədər o evdə yaşadığını və şəhid ailələrinin kredit borcuna güzəştlərin tətbiqi ilə bağlı cəmiyyətin, ziyalıların, o cümlədən ölkə rəhbərliyinin mövqeyinin "Para" BOKT-na heç bir təsiri olmamasından gileylənən X.Qasımov artıq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdiklərini də bildirib: “Mehriban xanım Aprel şəhidlərinin anaları ilə görüşündə ailəmizə dəstək oldu, anamın dərdini bölüşdü, dövlətin şəhid ailələrinə diqqətini, qayğısını nümayiş etdirdi. Təəssüf ki, "Para" BOKT öz müştərisinə, şəhid ailəsinə qarşı adekvat davranmır. "Para" BOKT sayəsində biz nə devalvasiyadan sonra borclulara tətbiq edilən güzəştlərdən, nə də şəhid ailələrinə bankların fərqli yanaşmasından yararlana bildik. Əvəzində isə bu qurum şəhid qardaşımı cavabdeh kimi məhkəməyə verdi”.
“Para” BOKT-dan isə bildirilib ki, hüquqşünaslar iş yerində olmadığından, məsələ ilə bağlı yalnız iyunun 16-da açıqlama verə bilərlər.
© Axar.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)






.jpg)



