Bakı Fond Birjasının sədri təyin edildi
18:30
14 iyun 2017-cı il tarixdə Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbəti İllik Ümumi Yığıncağı keçirilmişdir.
Birjadan “Marja”ya daxil olmuş məlumata görə, iclas zamanı, yığıncağın gündəliyinə müvafiq olaraq, “Bakı Fond Birjası” QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi, BFB-nin Avro-Asiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması və BFB-nin yeni sədrinin təsdiq edilməsi məsələsi müzakirə edilmişdir.
Ümumi Yığıncaq ərzində səhmdarlar tərəfindən “Bakı Fond Birjası” QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunmuş və təsdiq edilmişdir.
İkinci məsələ ilə əlaqədar olaraq, BFB-nin Avrasiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması səhmdarların qərarı ilə təsdiq olunmuşdur. Qeyd edək ki, Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvü olmuşdur. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk etmişdir.
İclas zamanı Bakı Fond Birjasının Səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsinin səlahiyyətlərinin icra edən Vüqar Namazov şirkətin İdarə Heyətinin sədri təyin olunmuşdur.
Qeyd edək ki, Vüqar Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar, klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilmişdir və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildən isə BFB-nin İH heyətinin sədr müavini və Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsində çalışır. V. Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə kredit” ixtisası üzrə bitirmiş, 2007-ci ildə Beynəlxalq İqtisadi əlaqələr üzrə magistr dərəcəsini almışdır. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən verilən PMP sertifikatını almışdır. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. Evlidir, 2 övladı var.
XXX 17:05
Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.
Yığıncaqda Birjanın İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Namazova həvalə olunub.
Xatırladaq ki, BFB-nin İH-yə bundan əvvəl Fariz Əzizov rəhbərlik edib. O, hazırda İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsində çalışır.
BFB-nin səhmdarlarının yığıncağında həmçinin qurumun ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatı açıqlanıb. Məlum olub ki, Birja 2016-cı ili 116 min manat xalis zərərlə başa vurub. Qeyd edək ki, BFB 2015-ci ildən 36 min manat xalis mənfəətlə çıxıb. Başqa sözlə, Birja mənfəətdən zərərə keçib.
Bundan başqa, yığıncaqda BFB-nin üzvü olduğu Avrasiya Birjaları Federasiyasının (FEAS) baş ofisini Yerevana (Ermənistan) köçürməsi nəzərə alınaraq Birjanın adıçəkilən qurumdan çıxmasına qərar verilib.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğvetmə prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.
ƏLA FÜRSƏT: 17600- USD-DAN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
14 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 14 saat əvvəl
-
15 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"


















