Dövlət şirkətinin xalis mənfəəti artıb
Dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 2021-ci ili 51 milyon 792 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, QSC 2020-ci ili 45 milyon 43 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, dövlət şirkətinin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 6 milyon 749 min manat və ya 15% artıb.
Marja.az xəbər verir ki, xalis mənfəətin artması gəlirlərin artmasına rağmən xərclərin azalmasından qaynaqlanır."Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin gəlirləri 2020-ci ildə 421 milyon 49 min manat ikən, 2021-ci ildə 459 miylon 133 min manata yükəlib (38 milyon 84 min manat artıb). Eyni zamanda, satışın maya dəyəri 46 milyon 510 min manat artıb. Qısası, satışın maya dəyərinin daha çox artması gəlirlərdəki artımı tamamilə silib və ümumi mənfəətin aşağı düşməsinə səbəb olub. Lakin inzibati, sosial və digər xərclərin azaldılması hesabına şirkətin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə daha yüksək olub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” yerli və beynəlxalq daşımalar ilə məşğul olur.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
56 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
59 d. əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
1 saat əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
1 saat əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub






.jpg)







.jpg)







