"Rusiya neft və qazdan gələn gəlirlə müharibəni davam etdirir"
"Donbas uğrunda döyüşlər davam edir, Rusiya bütün növ silahlardan istifadə edərək bizim mövqelərimizə zərbələr endirir".
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba canlı yayımda deyib.
"Əgər biz indi əldə etdiyimiz silahları həftələr öncə əldə etsəydik, indi daha yaxşı mövqedə olardıq, daha çox əsgərimizin həyatını xilas edərdik", Dmitri Kuleba deyib.
Mariupoldakı vəziyyətlə bağlı danışan Dmitri Kuleba bildirib ki, "Azovstal" hələ də Ukraynanın nəzarətindədir və Rusiyaya təslim olmayıb.
"Rusiya havadan zərbələr endirir. Biz BMT-nin köməyi ilə mülki vətəndaşların bir qismini təxliyə edə bilmişik, ancaq hələ də orada qalan mülki vətəndaşlarımızın həyatı risk altındadır.
Rusiya raketləri Ukraynanın müxtəlif nöqtələrinə atılır, Ukraynanın istənilən nöqtəsi Rusiya üçün hədəfdir", XİN başçısı deyib.
Kuleba qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi davam etməlidir:
"Sanksiyaların yarısı artıq tətbiq olunub. Avropa İttifaqı sanksiyalar tətbiq edir, Ukraynaya maliyyə dəstəyi verir, amma eyni zamanda Rusiyadan qaz alaraq müharibə maşınının hərəkətinə töhvə verir. Rusiya qaz və neftdən gələn gəlirlər vasitəsilə müharibəni davam etdirir. Aİ çərçivəsində Rusiyadan neft idxalına embarqoya etiraz edən Aİ üzvü Ukraynada törədilən qırğın və terrorda Rusiya ilə eyni məsuliyyəti bölüşür, nöqtə!".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























