Borrell Ukraynanı bərpa etmək üçün Rusiyanın dondurulmuş ehtiyatlarını istifadə etməyi təklif etdi
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb ki, Ukraynanın bərpasının maliyyələşdirilməsi məsələsi əsas məsələlərdən biridir.Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Aİ ölkələri Ukraynanın yenidən qurulmasına yönəltmək üçün Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını istifadə etməyi nəzərdən keçirməlidir.
Marja.az xəbər verir ki, bu barədə siyasətçinin bazar ertəsi dərc olunan Financial Times-a müsahibəsində deyilir.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, ABŞ əvvəllər Əfqanıstan mərkəzi bankına məxsus milyardlarla dollarlıq aktivlərə nəzarəti ələ keçirib. Bu vəsaitlər ilə terror qurbanlarına potensial təzminat ödəniləcək, eləcə də ölkəyə humanitar yardım göstərilləcək. Rusiyanın ehtiyatları üzrə də oxşar addımları nəzərdən keçirmək olar.
"Mən lehinə səs verərdim, çünki bu, çox məntiqlidir", - Borrell nəşrə deyib.
O vurğulayıb ki, cəlb edilməli olan “inanılmaz miqdarlarla pul” nəzərə alınmaqla, Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsi məsələsi əsas siyasi məsələlərdən biridir. Aİ rəsmiləri artıq Rusiyanın ehtiyatlarının hansısa şəkildə Ukraynanın bərpası üçün istifadə oluna biləcəyini araşdırıblar.
Bundan əvvəl Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Qərbin sanksiyaları nəticəsində Rusiyanın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.
Qərb ölkələri,Ukraynanı işğal etməyə başlayandan sonra Rusiya Bankına qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, habelə onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağa olunub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























