Azərbaycanda ilk dəfə “Yaz festivalı” keçiriləcək
Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq 14 may 2022-ci il tarixində saat 11:00-da Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçiriləcək.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.
Festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçıları öz məhsullarını nümayiş etdirməklə, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi, həmçinin yaz tarla işlərinin başlanması ilə bağlı fermerlərdə ruh yüksəkliyi yaratmaqdır.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi festivala qatılmaq istəyən yerli və xarici şirkətləri, sahibkarları, media nümayənələrini, eləcə də qonaq qismində hər bir kəsi dəvət edir. Bildiririk ki, iştirakçıların rahatlığını təmin etmək məqsədilə Bakı şəhərindən və müxtəlif bölgələrdən festivalda iştirak edən vətəndaşlar üçün ödənişsiz şəkildə nəqliyyat vasitələri təşkil ediləcək və xüsusi endirimli hotellərlə təmin ediləcək.
Tədbirdə həmçinin qonaqlar üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz kulinariya nümunələri təqdim ediləcək, yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, festival iştirakçılarından təamlar, bir sıra mədəni–etnoqrafik tədbirlər təşkil ediləcək.
Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, “Bahar 22” müsabiqəsi “Nərd” çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







