Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib
Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.Nazir: “Üçtərəfli bəyanatların tam icrasına nail olmaq üçün yaxşı imkan var”
Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazırdır.
Bunu Düşənbədə keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib.
Azərbaycanın xarici işlər naziri çıxışında vurğulayıb ki, bu görüş əldə edilə biləcək tərəqqinin müzakirəsi üçün yaxşı fürsətdir. Eyni zamanda o, təəssüfləndiyini bildirib ki, indiyədək regionda nəqliyyat kommunikasiyalarının açılması işində lazımi irəliləyiş yoxdur.
“Mən bilirəm ki, həmkarlar arasında təmaslar davam edir. Hesab edirik ki, nəticələr əldə etmək və üçtərəfli bəyanatların tam icrasına nail olmaq üçün yaxşı perspektiv, yaxşı imkan var.
Son zamanlar dövlət sərhədinin delimitasiyası prosesinin başlanması baxımından kifayət qədər intensiv əlaqələrimiz var. Hesab edirəm ki, delimitasiya məsələləri üzrə komissiyada yaxşı irəliləyişlər, tərəflərin tərkibi və təmsilçiliyi baxımından anlaşma var. Eləcə də hesab edirəm ki, yaxın vaxtlarda, ən azı, bu prosesə başlamaq mümkün olacaq”, - Azərbaycan XİN başçısı vurğulayıb
Ceyhun Bayramov qeyd edib ki, Bakı öz növbəsində sülh müqaviləsi üzərində işə başlamağa hazırdır: “Bununla belə, nazirlərin görüşü, tərəflər arasında təmasların qorunub saxlanması bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”
XXX
12 may 2022-ci il tarixində Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
XİN-dən verilən xəbərə görə, görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























