Mikayıl Cabbarov Səngaçal terminalının işinə yerində baxış keçirib
Cari il 14 may tarixində iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səngaçal terminalına səfər edib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, səfər neft və qazın qəbulu, texnoloji emalı və ixracı üzrə dünyanın ən böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab verən bu obyektin işinə yerində baxış keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar, terminaldakı qurğuların funksiyaları və həyata keçirdiyi proseslər barədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən ibarət olub.
Terminalda nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.
Sonra Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz texnoloji qurğular ərazisi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) birinci kompressor stansiyası, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Mərkəzi Dispetçer Məntəqəsi, SOCAR-ın ölçü məntəqəsi və digər obyektlərə tur təşkil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
7 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)




