"Norm Sement" məhsulları Avropanın ən yüksək ekolojı standarlarına cavab verir
İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Zavod Bakının Qaradağ rayonunda, Səngəçal Neft Terminalından 2,6 km şimalda, 160 ha ərazidə yerləşir. Müəssisə Almaniya, Fransa, Hollandiya və İsveçrənin aparıcı istehsalçılarının avadanlıqları ilə təchiz olunmuş və demək olar ki, tamamilə avtomatlaşdırılmışdır. Zavodda tətbiq edilən müasir “quru üsul” texnologiyası istismarın səmərəliliyinə, enerjiyə qənaətə, nəhayət məhsulun yüksək keyfiyyətinə və Avropanın ən sərt ekoloji standartlarının təmin olunmasına zəmanət verir.
Müəssisədə əsas istehsal nöqtələrində quraşdırılan kameralar vasitəsilə bütün prosesə mərkəzdən nəzarət olunur. İstehsal xətti boyu xüsusi avadanlığın tətbiqi və işıqlandırıcı cihazların örtüklə təmin edilməsi səs və işıq kimi təsirlərin qarşısının alınmasını təmin edir. Texnoloji avadanlığın soyudulması üçün istifadə edilən texniki su zavodda quraşdırılmış qurğularda təmizlənərək təkrar istifadə olunur ki, bu da suya qənaəti təmin edir.
Norm Sement zavodunda ən yüksək standartların tələblərinə cavab verən sement və beton laboratoriyaları yaradılmış və müasir avadanlıqlarla təchiz edilmişdir. Burada PANalytical (Niderland), SIEBTECHNIK (Almaniya), Mettler Toledo (İsveçrə), Toni Technik (Almaniya), RatioTEC (Almaniya), Memmert (Almaniya), Elba-Werk (Almaniya), Micromeritics (ABŞ), Retsch (Almaniya) və s. kimi tanınmış şirkətlərin istehsal etdiyi cihazlar, xırdalama-üyütmə qurğuları, mikserlər, piknometrlər, çat mikroskopları, elektrik vibratorları, isitmə və qurutma sobaları quraşdırılmışdır.
Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.
Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.
Norveçin DNV GL Group şirkəti tərəfindən zavoda keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
13 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
13 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















