Banklararası şahmat turnirinin qalibləri bəlli olub
11-13 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb.
Marja.az ABA-ya istinadən xəbər verir ki, yYarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “ABB” ASC qalib gəlib.
2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb.
Banklararası şahmat çempionatında şəxsi hesabda isə ABB ASC-nin nümayəndəsi Mənsimli Rəsul qalib gəlib.
2-ci yeri PAŞA Bank ASC-nin nümayəndəsi Məmmədov Mehdi qazanıb.
3-cü yerdə isə ABB ASC-nin nümayəndəsi Hacılı Rauf qərarlaşıb.
4-cü yeri Kapital Bank ASC-dən Rəhimov Beyrək, 5-ci yerdə TuranBank ASC-dən Əliyarov Ruslan, 6-ci yeri Yelo Bank ASC-dən Qafarlı Elçin, 7-ci yeri ATB Bank ASC-dən Yusufov İosif, 8-ci yeri AccessBank QSC-dən Həsənov Elşən qazanmışlar.
Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında "Ən yaxşı qadın iştirakçı" nominasiyasına PAŞA Bank ASC-ni təmsil edən Aliyə Mehdiyeva layiq görülmüşdür.
Artıq 5-ci dəfə keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 20 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib.
Qeyd edək ki, Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







