Bakı Su İnnovasiya Forumu yekunlaşdı!
17 may "Baku Marriott Hotel Boulevard" oteldə ölkəmizdə ilk dəfə olaraq Bakı Su İnnovasiya Forumu baş tutub.
“Water For Future” şüarı altında keçirilən forumda xarici və yerli mütəxəssislər, şirkət rəsmiləri, o cümlədən bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları iştirak edib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Aqualink şirkətinin icraçı direktoru Orxan Mikayılın açılış nitqi ilə forum başlayıb.
“Aqualink” MMC təşkilatçılığı, Nijhuis Saur Industries, “A. O. Smith” və “Hach”, şirkətlərinin və “Facemark” MMC-nin təşkilati dəstəyi ilə keçirilən forum çərçivəsində gün ərzində 3 panel üzrə müzakirələr aparılıb.
“Suyun İdarəedilməsi, Səmərəli Həllər və Qabaqcıl Texnologiyalar” mövzusuna həsr olunmuş I panel spikerləri - Aşkın Aksu, Cem Abdullahoğlu, Firudin Tağıyev, Zaur Salmanlı, Tuncay Oktav və Riad Axundzadənin çıxışı ilə müzakirə olunub. Panel zamanı suyun həyatımız üçün vacibliyi, su ehtiyatlarından səmərəli istifadə, eyni zamanda hazırki dövrdə yarana biləcək su çatışmazlığına qarşı ciddi tədbirlər görülməsi vurğulanıb. Daha sonra iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
Ətraf mühitin qorunması və təbii ehtiyatların idarə edilməsi sahəsində fərdi məsləhətçi Amin Məmmədovun moderatorluğu və spikerlər - Emiel Koster, Dmitry Molokonov, Aigul Nurmagambetova, Ceyhun Kazimov, Mütəllim Əbdülhəsənov, Rövşən Abbasovun çıxışı ilə II panel “Çirkab (tullantı) sularının idarəedilməsi, təkrar email və ətraf mühitə təsirləri” mövzusuna həsr olunub.
Xəzər universitetinin professoru Rövşən Abbasov çıxışı zamanı bildirib ki, ölkəmizdə olan çaylar yalnız suvarma və içməli su mənbəyi deyil, onlar dünyanın ən qiymətli balıqlarının yaşadığı yerdir. Azərbaycan 2040-cı ildə çox güclü su stressi yaşayan ölkə olacaq. Yeganə çıxış yolu isə qənaət etməyimizdir.
III paneldə "Ekol Mühəndislik Xidmətləri" QSC "Ekologiya" İdarəsi - Rəis müavini Əflatun Həsənovun moderatorluğu və spikerlər Archil Nasrashvili, Cəmil Babayev, Emin Dostiyari, Alex Shraer, Gülnarə Abbasova ilə birlikdə “Suyun keyfiyyətinin idarəedilməsi, analiz və nəzarət texnologiyaları” mövzusu müzakirə olunub.
Forumun sonunda keçirilən viktorinada qalib olan şəxslər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)






