Access2Success təlimlərə başladı
(®) AccessBank-ın qadın sahibkarlar üçün nəzərdə tutulmuş Access2Success layihəsi çərçivəsində təlimlərə başlanılıb.
Sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş layihədə iştirak üçün 250-dən çox namizəd müraciət etdi. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatılmaq hüququ əldə edib.
Hazırda Bakı, Xırdalan və Ağdam şəhərlərini təmsil edən qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, ənənəvi və rəqəmsal marketinq, elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edən aparıcı mövzularda ekspertlərdən təlimlər alırlar.
23-47 yaş aralığında olan iştirakçı qadın sahibkarlar ekspertlərdən nəzəri biliklər əldə etməklə yanaşı, həm də praktik məşğələlərdə iştirak edirlər, öyrəndikləri yenilikləri şəxsi bizneslərinə anındaca tətbiq edirlər. Proqramın ilkin olaraq iyun ayının sonunadək davam etməsi planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına başlayıb. Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləməkdir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 12 d. əvvəl
- 16 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 55 d. əvvəl
-
58 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb














.jpg)








