Dollar 2018-ci ilin aprelindən bəri ilk dəfə 58 rubldan aşağı düşdü
Moskva birjasında dollar 58 rubldan da aşağı düşüb. Bu, dörd illik minimumdur.Xəbər yenilənib.
12:10 - Moskva birjasında, 2018-ci ilin aprelindən bəri ilk dəfə dolların məzənnəsi 58 rubldan aşağı düşüb.
Avronun məzənnəsi isə 2017-ci ilin aprelindən bəri ilk dəfə 60 rubldan aşağı düşüb.
XXX
12:03- Moskva birjasında dolların məzənnəsi 2018-ci ilin aprelindən bəri ilk dəfə olaraq 60 rubldan da aşağı düşüb.
Marja.az xəbər verir ki, ixracatçıların valyuta gəlirlərinin satışı fonunda rubl dollar və Avropa valyutası qarşısında möhkəmlənir.
Moskva birjasının məlumatına görə, mayın 20-si cümə günü ticarətin əvvəlində dolların məzənnəsi 2,04 rubl və ya 3,3% azalaraq 59,86 rubl təşkil edib. Moskva birjasında dolların məzənnəsi 2018-ci il aprelin 9-dan bəri ilk dəfə olaraq 60 rubldan aşağı düşüb.
Avronun məzənnəsi səhər saatlarında 2,4 rubl və ya 3,73% azalaraq 62 rubl olub.
"Bazara daxil olmaqda davam edən ixracatçıların valyuta gəlirlərinin həcmi və Rusiya idxalçılarının bu valyutaya cüzi ehtiyacı rubl üçün tamamilə rahat vəziyyət yaradır", - "Alfa Capital"ın baş treyderi Vladislav Silayev bildirib.
Eyni zamanda, yeni şəraitdə əhalinin xarici valyutaya marağının olmaması, biznesin dollar və avroya tələbatının zəifləməsi məzənnələrin düşməsinə şərait yaradır.
Ticarət balansının profisiti və Mərkəzi Bankın ciddi valyuta nəzarəti çərçivəsi rublun bahalaşmasına səbəb olur.
Martın əvvəlində Dollar 121,5 rubladək bahalaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
20 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 22 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)



