Lənkəranda KOB Fest sərgi-satış yarmarkası keçirilib
Mayın 22-də Lənkəran şəhərində KOB Fest sərgi-satış yarmarkası təşkil olunub.
Heydər Əliyev Parkında keçirilmiş “KOB Fest”də 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib.
Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və s. rayonlardan olan sahibkarlar tərəfindən yarmarkada yerli istehsal olan çay, düyü, sitrus meyvələri, mebel, müxtəlif qida məhsulları, hədiyyəlik əşyalar, əl işləri, bank, təhsil və tibb xidmətləri nümayiş olunub. Bununla yanaşı, cənub bölgəsinə aid milli mətbəx yerli turizm müsissələri tərəfindən sərgi iştirakçılarına təqdim edilib. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.
Yarmarka Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilib.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilmiş KOB Fest sərgi-satış yarmarkası sayca dördüncüdür. Bundan əvvəl “KOB Fest” Bakı və Gəncə şəhərlərində, Şəmkir rayonunda təşkil edilib. “KOB Fest”in iyun və iyul aylarında Sumqayıt və Şəki şəhərlərində, eləcə də Quba rayonunda keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)






