40 hektar sahədə intensiv ərik bağı salınıb
Prezident və birinci xanım intensiv meyvə bağı ilə tanış olublarMayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar.
"Marja" xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov ilə bağban Qalib Hümbətov dövlətimizin başçısına və birinci xanıma intensiv meyvə bağında görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, burada 40 hektar sahədə intensiv ərik bağı salınıb. Hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilib. Tinglərdən ikisi İspaniya çeşididir, ikisi isə yerli növdür. Gələcəkdə burada 60 hektar sahədə nektarin bağının salınması nəzərdə tutulur.
İntensiv meyvə bağında yetişdirilən məhsulu saxlamaq və çeşidləmək üçün Zəngilan Logistika Mərkəzin tikiləcək. Mərkəzdə tutumu 5 min ton olan 36 soyuducu kameradan ibarət saxlama anbarı, yetişdirmə kameraları, avtomatlaşdırılmış terminallar, qablaşdırma, çeşidləmə, tərəzi sahələri, yükdaşıma, nəqliyyat parkı və ofis binası yaradılacaq.
Qeyd edək ki, “Ağıllı təsərrüfat” “Ağıllı kənd” fəlsəfəsinin 3 sütunundan biridir. Burada toxumun seçimindən başlamış aqrotexniki qulluq məsələlərinə qədər hər bir detal nəzərə alınır, nəticədə vahid sahədən maksimum məhsul götürmək mümkün olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 d. əvvəl
- 53 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)
.jpg)





.jpg)





