Böyük zərərlər Bank BTB-nin borcunu artırıb
Bank BTB illik hesabatını tələm-tələsik İnternet səhifəsində dərc edib.
“Marja” xəbər verir ki, Bank minimum kapital tələbini pozmaqdan borc alaraq xilas olub.
Hesabata görə, Bank BTB-nin 2015-ci ildə 3 milyon 392 min manat, 2016-cı ildə isə 9 milyon 630 min manat xalis zərəri olub. Son iki ildəki zərər 13 milyon manatı ötüb.
Yığılmış zərər Bankın 52 milyon manat olan nizamnamə kapitalının bir hissəsini silib. Nəticədə də Bankın cəmi balans kapitalı 39 milyon 133 min manata düşüb. Lakin götürülmüş 15 milyon 122 min manat subordinasiyalı borc hesabaına məcmu kapital 54 milyon 255 min manata qaldırılıb. Bu da 50 milyon manat olan minimum kapital tələbindən yüksəkdir.
Hesabatdan məlum olur ki, 2015-ci ilin sonunda Bank BTB-nin məcmu kapitalı 48 milyon 763 min manata düşübmüş.
BAĞLANAN BANKLARIN HESABINA BÖYÜYÜB
Hesabatdan bu da məlum olur ki, ötən il Bank BTB-nin cəmi aktivləri 33,4 milyon manat artaraq 208 milyon 507 min manatdan 241 milyon 907 min manata yüksəlib. Aktivlərdəki artımın səbəbi müştərilərə verilən kreditlərin 100 milyon 387 min manatdan 127 milyon 830 min manata qalxmasıdır. Qeyd edək ki, Bank BTB-nin kredit portfeli Bankın yaxşı işlədiyinə görə artmayıb. Xəbər verdiyimiz kimi, ötən il ləğv edilmiş “Gəncə Bank” SKB, “Kredo Bank” ASC, “Zamin Bank" ASC və “Royal Bank” ASC-in 59 milyon 467 min 376,92 manat məbləğində ipoteka krediti portfeli "Bank BTB"-yə ötürülüb. Əgər bu ötürmə olmasaydı, Bankın kredit portfeli və aktivləri azalacaqdı.
DEPOZİT VƏ ƏMANƏTLƏR GERİ GÖTÜRÜLÜB
Bank BTB-dəki depozitlər, müştərilərin cari hesablarındakı vəsaitlər və əmanətlər təxminən 122 milyon manatdan 86,6 milyon manata geriləyib. Bankın aldığı borclar isə 37 milyon 849 min manatdan 100 milyon 402 min manata çıxıb.
Bank BTB maliyyə hesabatını ingilis dilində dərc edən banklardandır. Bu da ictimaiyyətin bankın maliyyə vəziyyəti ilə tanış olmasını məhdudlaşdırır.
Qeyd edək ki, neftin qiyməti düşdükdən və devalvasiyalardan sonra banklar üçün əməliyyat şəraiti pisləşib. Ödəmə vaxtı keçmiş kreditlərin artması, əmanətlərin vaxtından əvvəl geri götürülməsi, şərtlərin ağırlaşması ilə əlaqədar olaraq kredit götürənlərin azalması bankları iflasın astanasına gətirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib
-
2 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
2 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
3 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
3 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























