“PAŞA Bank” tərəfindən “Call of Data Workshop”u keçiriləcək
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” İT sahəsinin inkişafına töhfə verən tədbirlərin təşkil olunmasını davam etdirir.
Belə ki, Bankın təşəbbüsü ilə 16-17 iyun tarixlərində “Call of Data Workshop”u keçiriləcək. Bu praktiki proqram məlumatların təhlili, vizuallaşdırılması və tətbiqi mövzusunu əhatə edəcək. Həmçinin iştirakçılar yeni texnoloji həllər və ən son meqatrendlər haqqında məlumat əldə edə biləcək.
Tədbirin spikerləri sırasında “PAŞA Bank”ın Data elmi şöbəsinin rəhbəri İlker Kurtuluş da yer alacaq. O, “Data elmi: nəzəriyyədən tətbiqə” mövzusunda çıxış edərək, maraqlı faktlarla bölüşəcək.
Tədbirin digər spikerləri isə Ezgi Avcı və Mehmet Emre Yazgan olacaq. Onlar müvafiq olaraq “Məlumat yönümlü təşkilatlar” və “Məlumatların vizuallaşdırılması vasitələri” mövzulardan bəhs edəcəklər.
Hər üç spiker çalışdığı sahəyə dair zəngin təcrübəməyə malikdir və bu təcrübəni iştirakçılarla bölüşməyə hazırdır.
Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun. https://data.tech.az/#portfolio
Qeyd edək ki, “PAŞA Bank”, ölkənin İT sahəsinin inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirib. “Rəqəmsal Zirvələr” konfransı, “DevOpsdays” və “Tech Talks” tədbirləri, ənənəvi olaraq keçirilən “PASHA Bank Cup” müsabiqəsi bu istiqamətdə keçirilən tədbirlər sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























