Expressbank ödənişli təcrübə proqramı və vakansiyalar elan edir
Expressbankın yeni Biznes Bankçılıq Departamenti / Biznes xidmət üzrə ödənişli təcrübə proqramı, Bakı və Mingəçevir, Gəncə, Bərdə, Şirvan və Qusar filialları üzrə və Risklərin idarə edilməsi departamenti / Kreditlərin monitorinqi şöbəsi / Mütəxəssis (biznes kreditləri üzrə) vakansiyalar elan edib.
Vakansiya:
Biznes Bankçılıq Departamenti / Biznes xidmət üzrə ödənişli təcrübə proqramı Bakı və Mingəçevir, Gəncə, Bərdə, Şirvan və Qusar filialları üzrə
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Dil biliyi: Bakı filialları üzrə - Azərbaycan və rus dillərində sərbəst danışıq və yazmaq bacarığı, İngilis dili biliyi üstünlükdür. Region filialları üzrə - Azərbaycan dilində sərbəst danışıq və yazmaq bacarığı, rus və ingilis dili biliyi arzuolunandır.
- Təcrübə: tələb edilmir;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
- Analitik düşüncə, təhlil qabiliyyəti və vaxtın idarə edilməsi.
Görəcəyiniz işlər:
- Korporativ müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
- Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
- Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrini aparmaq;
- Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
- Bankın korporativ dəyərlərini mənimsəmək və xidmət standartına uyğun xidmət göstərmək;
- Müştəri məmnuniyyəti daim yüksəltmək istiqamətində çalışmaq.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri.
- Peşəkar korporativ mühitdə işləmə imkanı.
Vakansiya:
Risklərin idarə edilməsi departamenti / Kreditlərin monitorinqi şöbəsi / Mütəxəssis (biznes kreditləri üzrə)
Namizədə tələblər:
- İqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dilləri arzuolunandır);
- Biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
- Kompyuter proqramları üzrə biliklər (əsasən Excel);
- Analitik düşüncə və təhlil etmə qabiliyyəti;
- Dəqiq planlaşdırma və icra qabiliyyəti;
- Ünsiyyətcillik;
- Komandada işləmək bacarığı;
- Sürücülük qabiliyyəti (arzuolunandır)
Vəzifə öhdəlikləri:
- Biznes kreditlərinin monitorinqi;
- Kredit dosyelərinin yoxlanılması;
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- Professional və maddi inkişaf perspektivləri.
Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)





