İqtisadiyyat Nazirliyi və Avropa bankı anlaşdı
İmzalanan Anlaşma Memorandumu Azərbaycan Respublikasında davamlı özəl korporativ sektor (kiçik və orta sahibkarlıq daxil olmaqla) üçün prioritet təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsində AYİB və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın istiqamətlərini əks etdirir.İyunun 8-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda korporativ sektorun inkişafi ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb.
Nazirliyin yaydığı məlumata görə, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone imzalayıblar.
Bununla bağlı keçirilən onlayn tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyini və uğurlu tərəfdaşlıq etdiyini vurğulayıb.
Qeyd edilib ki, Bankla birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi baxımından əhəmiyyətlidir.
İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat”, enerji, xüsusilə bərpa olunan enerji layihələri üzrə əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb.
Nazir bildirib ki, bu gün imzalanan memorandum Azərbaycan Respublikasında davamlı özəl korporativ sektor (kiçik və orta sahibkarlıq daxil olmaqla) üçün prioritet təşəbbüslərin işlənib hazırlanması və həyata keçirilməsində AYİB və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın istiqamətlərini əks etdirir.
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone Bankın Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığını vurğulayıb, ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini ifadə edib. AYİB təmsilçisi Gəncədə icra olunan “Yaşıl Şəhər Proqramı”nın Azərbaycanın digər şəhərlərində də tətbiqi imkanlarını qeyd edib.
Tədbirdə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 22 d. əvvəl
-
40 d. əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 51 d. əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
16 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
17 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
17 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb







.jpg)











