Güzəştli kreditlər məbləğ üzrə ən çox Bakıdakı bizneslərə ayrılıb
Sahibkarlığın İnkişafı Fondu tərəfindən bugünədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb.
Fondun yaydığı məlumatda bildirilir ki, verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91,7% təşkil edib. 6,1% sənaye məhsullarının istehsalı və emalı, 1,6% xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0,6%-i isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Məbləğ üzrə kreditlərin 60,5% kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1%-i sənaye məhsullarının istehsalı və emalı, 2,2%-i turizmin inkişafı, 11,1%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.
Verilmiş güzəştli kreditlər əhalinin məşğulluq səviyyəsinin artırılmasında rol oynayır. 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlər hesabına 177 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlərdən istifadə etməklə reallaşdırılan layihələr hesabına kənd təsərrüfatı sahəsində təqribən 113 min, sənaye sahəsində 50 min, turizm və xidmət sahələrində isə 14 minədək insanın işlə təmin olunması imkanı yaranıb.
2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5% Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 isə regionların payına düşür. Maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6%-lə ilk yerdədir. Məbləğ üzrə kreditlərin 25,6% Bakı şəhəri, 74,4% isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən, 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılmış publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəz edən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 23 d. əvvəl
-
41 d. əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 52 d. əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
16 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
17 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
17 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb










.jpg)










