Neft Fondu büdcəyə transferti 850 milyon manat kəsirlə icra edib
2021-ci ildə Azərbaycan Respublikası Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferti proqnozlaşdırılan məbləğdən 850 milyon manat az olub.
Marja.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, 2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə 11 milyard 350 milyon manat transfer edilib.
“Neft Fondundan Dövlət büdcəsinə transfert aylar üzrə yanvar ayı istisna olmaqla digər aylarda əhəmiyyətli kənarlaşmalar müşahidə edilmiş, ümumilikdə proqnozlaşdırılan transfert məbləği 850 milyon manat kəsirlə icra edilmişdir. 2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə 11 milyard 350 milyon manat vəsait transfer edilmiş və bu xərc maddəsi büdcədə nəzərdə tutulana (12 milyard 200 milyon manat) nisbətən 93 faiz səviyyəsində icra edilmiş və yaxud 7 faiz az icra olmuşdur”,- Rəydə bildirilir.
Dövlət büdcəsinə transfertin aylar üzrə bölgüsünə görə ötən ilin yanvarında Fond dövlət büdcəsinə transfert etməyib. Ən çox transfert isə ötən ilin dekabr ayında baş verib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















