Azərbaycan Mərkəzi Bankı "rəqəmsal manat" konsepsiyasını hazırlayır
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "rəqəmsal manat" konsepsiyasının hazırlanması nəzərdə tutulub.
Bu barədə "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bildirib.
O qeyd edib ki, bir sıra qabaqcıl ölkələrin mərkəzi bankları tərəfindən valyutalarının rəqəmsal versiyası istifadəyə verilib:
“Mərkəzi Bank olaraq bu kimi təşəbbüsləri yaxından izləyirik. "Rəqəmsal manat" konsepsiyasının hazırlanmasında da xarici mərkəzi bankların təcrübəsindən istifadə olunur”.
R. Qasımov bildirib ki, müxtəlif əhali qrupları üçün maliyyə savadlılığı tədbirlərinin keçirilməsi və rəqəmsal ödənişlərin müsbət cəhətlərinin aşılanması istiqamətində dövlət qurumları və banklarla birlikdə AMB fəaliyyətini davam edir.
O qeyd edib ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində müasir rəqəmsal ödəniş ekosisteminin iştirakçıları arasında Mərkəzi Bank, kommersiya bankları, “Azərpoçt”la yanaşı, fintexlərin də cəlb olunacağı gözlənilir:
“Bu baxımdan da Azərbaycan Banklar Assosiasiyası ilə yanaşı, Azərbaycan Fintex Assosiasiyasının da fəal iştirakını nəzərdə tutmuşuq”.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















