İnquşetiya Azərbaycan ilə investisiya layihələri həyata keçirəcək - "hinduşka ətini ixrac edə bilərik"
Respublika rəhbəri Mahmud-Əli Kalimatov bildirib ki, ilk planlar payızda həyata keçiriləcək.Rusiyanın İnquşetiya regionunun rəhbəri Mahmud Əli Kalimatov TASS-a bildirib ki, İnquşiyanın hakimiyyəti Azərbaycan, Özbəkistan və Belarusla birgə layihələr üzrə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətindədir.
"İnvestisiya portfelimizdə 40 layihə var, biz Azərbaycan, Özbəkistan və Belarusla işləyəcəyik. Bu yaxınlarda nümayəndə heyətimiz adını çəkdiyim respublikalarda olub, biz potensialı öyrənirik və konkret təkliflər var, ilk planlar payızda həyata keçiriləcək. Biz planlaşdırırıq ki, birgə layihələr həyata keçirək”, - Kalimatov bildirib.
Onun sözlərinə görə, məsələn, Belarus İnquşetiyanı həm kənd təsərrüfatı, həm də yol tikintisi üçün texnika ilə təmin etməyə hazır olduğunu bildirib.
"Biz onların iş adamlarını və turoperatorlarını imkanlarımızla tanış olmaq üçün bizə gəlməyə dəvət etdik. Biz turizm sahəsində əməkdaşlıq qura bilərik. Regional hökumət də digər ölkələrlə, o cümlədən Çinlə ticarəti inkişaf etdirmək üçün müxtəlif imkanlar üzərində işləyir", - respublika rəhbəri əlavə edib.
O, həmçinin qeyd edib ki, İnquşetiyanın hinduşka ətini emal edən “Cənub” ("Южный") quşçuluq kompleksinin məhsullarını ixrac etmək imkanı var. Respublika başçısı quşçuluq kompleksinin bütün istehsalının “halal” standartı əsasında qurulduğundan məhsullara xüsusilə Mərkəzi Asiya ölkələrində tələbat olacağına əminliyini ifadə edib.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu








.jpg)












