Rusiyada xarici valyutada depozitlər üzrə mənfi dərəcələr təklif edilir
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi banklara xarici valyutada olan depozitlərə görə komisyon haqqı almağa icazə verməyi təklif edib.Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi banklara xarici valyutada olan depozitlərə görə komisyon haqqı almağa icazə verməyi təklif edib.
Marja xəbər verir ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi qanun layihəsi hazırlayıb. Qanun layihəsinə əsasən Rusiya bankları müştərilər - hüquqi şəxslərin xarici valyutada depozitləri üzrə mənfi dərəcələr təyin edə biləcəklər.
Nəşrin məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsində “Banklar və bank fəaliyyəti haqqında” qanunun 29-cu maddəsinə əlavə və dəyişikliklər nəzərdə tutulub. Qanuna, kredit təşkilatlarına korporativ müştərilər tərəfindən xarici valyutada açılan depozit hesablarına görə komissiya tutmağa imkan verən bənd əlavə edilməsi də təklif edilir. Bu halda haqqın məbləği əmanət üzrə hesablanmış faizlərin məbləğindən artıq ola bilər. Bankların bu cür komissiyaları artıq bağlanmış müqavilələrə də şamil edə biləcəkləri qeyd olunur.
Qanuna təklif edilən düzəlişlər artıq Maliyyə Nazirliyi və Rusiya Bankı tərəfindən dəstəklənib.
Rusiya Federasiyası Mərkəzi Bankının nümayəndəsi izah edib ki, düzəlişlər tənzimləyicinin “aktiv iştirakı ilə” hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 22 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 50 d. əvvəl
-
55 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir






.jpg)
.jpg)




.jpg)










