Bank olmayan kredit təşkilatı 10 milyon manatlıq istiqraz buraxır
"Finca Azərbaycan" Qeyri Bank Kredit Təşkilatı MMM 10 milyon manatlıq istiqraz buraxır.
Marja.az xəbər verir ki, istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 100 min ədəd, faiz dərəcəsi 12,5%, tədavül müddəti 24 aydır.
Faizlər investorlara hər 3 aydan bir ödəniləcəkdir.
"Finca Azərbaycan"nın nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş "Finca Microfinance Cooperatief U.A" şirkətinə məxsusdur.
Xatırladaq ki, 27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "FİNCA Azerbaijan" QBKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan 3 milyon həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları yerləşdirilib. İstiqrazların ödəmə tarixi 17 dekabr 2023-cü ildir. İstiqrazın illik faiz dərəcəsi 12.5 %, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
29 mart 2022-ci il tarixində Bakı Fond Birjasında "FİNCA AZƏRBAYCAN" QBKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 12.5 %, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir. İstiqrazların ödəmə tarixi 18 mart 2024-cü ildir.
Əgər "Finca Azərbaycan"nın 10 milyon manatlıq istiqrazları tam yerləşdirilsə, təşkilatın istiqrazlar üzrə əsas borcu 16 milyon manata yüksələcəkdir.
"Finca Azərbaycan" 2021-ci ili 2 milyon 611 min manat xalis mənfəət ilə başa vurub. 31 Dekabr 2021-ci il tarixində təşkilat 35 milyon 872 min manat cəmi aktivlərə malik olub. "Finca Azərbaycan" 2022-ci ildə 2 milyon 353 min manat xalis mənfəət gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 26 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















