Cəbrayılda Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi yaradılacaq
Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi (Cəbrayıl Enerji Qovşağı layihəsi) yaradılacaq.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, “Azərenerji” ASC Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birlikdə 2022-2026-cı illər ərzində Cəbrayıl Enerji Qovşağı layihəsinin yaradılmasını təmin etməlidir.
Bunun üçün ilkin olaraq 330 kV Cəbrayıl YS-nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi- Cəbrayıl EVX-nin çəkilməsi (132 km), 330 kV-luq İmişli- Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV Cəbrayıl YS-nin 110 kV şəbəkəyə inteqrasiyası 24 km EVX-nin tikintisi nəzərdə tutulur.
Aralıq dövrdə 330 kV Cəbrayıl YS-nin tikintisi, 330 kV Şahtaxtı (Naxçıvan MR) YS-nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi-Cəbrayıl EVX-nin çəkilməsi (132 km), 330 kV-luq İmişli- Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV-luq Cəbrayıl- Şahtaxtı EVX-nin çəkilməsi (255 km) 330 kV Cəbrayıl YS-nin 110 kV şəbəkəyə inteqrasiyası (24 km EVX-nin tikintisi), Xudafərin və Qız Qalası SES-lərin 330 kV Cəbrayıl YS-yə qoşulması (40 km 110 kV EVX-nin tikintisi) planlaşdırılır.
Yekun olaraq isə Naxçıvan MR ərazisində 330/400 kV çevirici YS-nin tikintisi, 400 kV-luq Şahtaxtı- Ağrı-2 EVX-nin çəkilməsi (230 km) 330 kV Cəbrayıl YS- nin tikintisi, 330 kV Şahtaxtı (Naxçıvan MR) YS- nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi- Cəbrayıl EVX-nin çəkilməsi (132 km), 330 kV-luq İmişli- Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV-luq Cəbrayıl- Şahtaxtı EVX-nin çəkilməsi (255 km), 330 kV Cəbrayıl YS- nin 110 kV şəbəkəyə inteqrasiyası (24 km EVX-nin tikintisi), Xudafərin və Qız Qalası SES-lərin 330 kV Cəbrayıl YS-yə qoşulması (40 km 110 kV EVX-nin tikintisi) nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
44 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







