Audiovizual Şura “Space” telekanalına ciddi xəbərdarlıq edib
Audiovizual Şura “Space” ümumölkə yerüstü televiziya yayımçısına ciddi xəbərdarlıq edib.
Bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda “Space” televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında “Media haqqında” qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.
Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq...” ifadəsi işlənib. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.
Eyni zamanda şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində izkan yaradılması faktı da Şura tərəfindən qeydə alınıb. Bu da yeni “Media haqqında” qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.
Aparılan müzakirələrdən sonra Şura üzvləri “Space” televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq “Space” televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunması barədə qərar qəbul ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















